Xidmət şəhidlərinin ildönümünə həsr olunmuş başsağlığı mesajı

Bismillahir-Rəhmanir-Rəhim
Xalqın mömin və zəhmətkeş prezidenti şəhid Ayətullah Seyyid İbrahim Rəisi, fədakar dostları – şəhid doktor Hüseyn Əmir Abdullahiyan, Xarici İşlər Naziri; şəhid Höccətül-İslam Məhəmmədəli Al-Haşəm, Şərqi Azərbaycan vilayətində Rəhbərin nümayəndəsi və cümə imamı; və şəhid mühəndis Malik Rəhməti, Şərqi Azərbaycan valisi – bu gün, xalqın xidmətində ikən şəhadətə ucaldıqları günün ildönümündə, hörmət və ehtiramla yad edilirlər.
Bu əziz şəhidlərlə birlikdə, fədakar pilotlar, texniki heyət və qoruma qrupunun üzvləri də şəhadət məqamına çataraq, xidmət və vəfa yolunda canlarından keçdilər.
İslam İnqilabının Ali Rəhbəri şəhid Rəisi barədə buyurur:
“Cənab Rəisi mömin, dürüst, vəfalı, zəhmətkeş və inqilabçı bir şəxsiyyət idi… O, məsuliyyətli və çətin vəzifələrdə gecə-gündüz fədakarlıqla çalışırdı… Bütün varlığını xalqın xidmətinə və inqilabın ideallarına həsr etmişdi.”
Bu nur karvanı getdi, lakin yolları aydın, yadları daimidir. Onlar xidmət, ədalət və izzətli İslam cəmiyyətinin qurulması yolunda ölməz bir irs qoyub getdilər.
Höccətül-İslam Saivər saytının idarə heyəti, bu münasibətlə İran xalqına və şəhid ailələrinə başsağlığı verir, uca Allahdan bu əzizlərin ali məqama çatmasını və salehlərlə yoldaş olmalarını diləyir.

