Mövzu
Dərc tarixi

İbadət, dinin əsası və İlahi məktəblərin ayrılmaz hissəsidir. Dinin sütunu etiqad sahəsində tövhiddirsə, əxlaqi yüksəliş baxımından ibadətdir. İbadətsiz həqiqi din heç vaxt mövcud olmamışdır və bütün peyğəmbərlərin müştərək risaləti (peyğəmbərlik missiyası) məhz insanlar arasında bəndəlik ruhiyyəsini yaratmaq, bu ruhiyyəni genişləndirərək dərinləşdirmək və insanları Allahdan qeyrisinə ibadət etməkdən çəkindirmək olmuşdur.

Hicrətdən 13 il öncə, rəcəb ayının 27-də, mübarək bir gündə Allah bəşəriyyətə mərhəmət olan Həzrət Məhəmməd ibn Abdullahı (s) peyğəmbərlik məqamına ucaltdı. Həmin gün İslam tarixinə Məbəs günü kimi düşdü. Həmin gün bəşəriyyətin həyatında müstəsna dönüş baş vermişdir. Tarix qiyamət öncəsi son mərhələsinə - besət dövrünə qədəm qoymuşdur.

Bəzi fərqlər və incəliklər istisna olunmaqla Adəm peyğəmbərin yaranışı, onun dünyaya gəlişi hadisəsi bütün səmavi dinlərdə müştərəkdir. Bəşəriyyətin başlanğıcı sayılan bu böyük və mühüm hadisə bütün dinlərdə öz əksini tapsa da, məsələyə İslam dini və onun müqəddəs kitabı olan Qurani-Kərim baxımından yanaşmağı qərara aldıq.